Ərəb Əmirliklərində spirtli içki satışına icazə verildi
24 dekabr 2020 14:01 (UTC +04:00)

Ərəb Əmirliklərində spirtli içki satışına icazə verildi

Dubayda mşəhur “MMI” mağazalar şəbəkəsinin xarici turistlərə sərbəst şəkildə alkoqollu içkilər satmasına icazə verilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu icazə yalnız 21 yaşdan yuxarı müştərilərə şamil edilir. 

Bildirilib ki, alış-veriş edərkən pasport turistlərin üzərlərində olmalıdır. 

Sözügedən 600-dən çox brend markalı içkilərin qiyməti 30 dirhəmdən başlayır. 

Həmçinin, paytaxtda Yeni il tətilləri ərəfəsində onlayın sifariş xidmətinə başlanılıb. 100 dirhəm miqdarında içki sifariş edərkən çatdırılma pulsuz olacaq. 

Qeyd edək ki, Dubayda “Mall of the Emirates”, “Sheikh Zayed Road”, “Business Bay”, “Jumeirah Lakes Towers”, “Al Wasl Road”, “Motor City” və “The Greens” ticarət mərkəzlərində, ümumi olaraq 17 “MMI” mağaza fəaliyyət göstərir.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında BƏƏ-nin lisenziyasız spirtli içki qəbul etmək və saxlamaq haqqında federal qanununa dəyişiklik edilib. Dəyişikliyə əsasən, bununla bağlı nəzərdə tutulmuş cərimələri ləğv olunub. Yeni qaydaların bütün əmirliklərə yayılması gözlənilir.
 

Rəsul

# 3282
avatar

Oxşar yazılar