Ərdoğanla Putin arasında görüş başa çatdı -YENİLƏNİB  - VİDEO
29 sentyabr 2021 17:42 (UTC +04:00)

Ərdoğanla Putin arasında görüş başa çatdı -YENİLƏNİB - VİDEO

0

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Soçidə şəhərindəki “Boçarev Ruçey” iqamətgahında keçirilən görüş bitib.

Putin Ərdoğanla vidalaşarkən koronavirusa görə özünütəcrid rejiminə keçməsindən danışıb.

***

14:54

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş başlayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüş Soçidə keçirilir.

Kremlin məlumatında bildirilirdi ki, Rusiya və Türkiyə liderlərinin görüşdə Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan bu gün Rusiyaya işgüzar səfər edib.

 

***

14:08

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gəlib.

Lent.az-ın xəbərinə görə, Türkiyə Prezidentinin təyyarəsi Soçidə hava limanına enib.

 

12:36

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşüb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Prezident Ərdoğanla birlikdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Soçiyə yola düşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4456

Oxşar yazılar