İtaliyanın Liquriya əyalətindəki Boyardo şəhərinin səlahiyyətliləri rekord quraqlıq şəraitində su mənbəyi axtarmaq üçün ekstrasens işə götürüblər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, şəhər meri Hesablama Palatası onlara pul ayırmasa, onun xidmət haqqını şəxsi vəsaitindən ödəməyə hazır olduğunu açıqlayıb. O, bu tədbiri quraqlıq qarşısında çıxılmaz addım adlandırıb.
Bundan əvvəl Avropa Komissiyası xəbərdarlıq etmişdi ki, Avropanı vuran quraqlıq əsrlərin ən pisi ola bilər. “İndiki quraqlıq ən azı son 500 ilin ən pisi kimi görünür. Bu, ilk qiymətləndirmədir, biz mövsümün sonunda məlumatları təsdiqləməliyik”, - xəbərdarlıqda bildirilib.