Ukrayna vətəndaşlarını təxliyə etmək üçün Əfqanıstanda olan təyyarəni naməlum qrup qaçırıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qaçırılan təyyarə İran istiqamətində uçub. Təyyarədə 98 sərnişin olub, 41-i ukraynalıdır.
Bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin məlumat verib.
Hadisə ilə bağlı araşdırma gedir.
Sevinc Fərid