Əfqanıstanda təhsil bərpa olundu
01 fevral 2022 22:31 (UTC +04:00)

Əfqanıstanda təhsil bərpa olundu

Əfqanıstanda universitetlərin fəaliyyəti fevralın 2-dən bərpa olunur. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin ali təhsil nazirinin müavini Şeyx Abdulbaki Haqqani jurnalistlərə açıqlamasında ölkənin isti əyalətlərindəki bütün dövlət universitetlərində dərslərin bərpa ediləcəyini deyib.

Nisbətən soyuq olan əyalətlərdə universitet dərsləri fevralın sonunda başlayacaq. Beləliklə, Haqqaninin sözlərinə görə, tezliklə bütün dövlət universitetlərində tədris prosesi bərpa olunacaq.

Təhsil naziri qeyd edib ki, təhsilin başlanmasından 3 həftə sonra universitetlərdə imtahanlar keçiriləcək.

Ali Təhsil Nazirliyinin məlumatına görə, ölkədə 40 dövlət, 150 özəl ali məktəb fəaliyyət göstərir. Özəl universitetlərdə təhsil davam edir.

Fidan İlqar 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar