Əfqanıstanda qadınlar kişi olmadan səyahət edə bilməyəcək
26 dekabr 2021 15:26 (UTC +04:00)

Əfqanıstanda qadınlar kişi olmadan səyahət edə bilməyəcək

Əfqanıstanda qadınlar qısa məsafələr istisna olmaqla, kişi qohumunun müşayiəti olmadan təkbaşına səyahət edə bilməyəcəklər.

Lent.az bildirir ki, bu barədə Euronews məlumat verib.

Məlumata görə, 72 kilometrdən çox yol qət edən qadınlar yaxın ailə üzvlərinin müşayiəti olmadan heç hara gedə bilməzlər. Bu barədə Xeyrə Dəvət və Şərdən çəkinin nazirliyinin sözçüsü Sadik Akif Mühacir bildirib.

Nazirlik açıqlamasında bütün nəqliyyat vasitələri sahiblərini yalnız hicablı qadınlara xidmət göstərməyə çağırıb.

Daha əvvəl isə nazirlik Əfqanıstan televiziya kanallarından qadın aktyorların iştirak etdiyi serialların nümayişini dayandırmağı tələb etmişdi. İndi isə qurum qadın televiziya müxbirlərini təqdimat zamanı hicab taxmağa çağırıb.

Nazirliyin göstərişində insanlardan avtomobillərində musiqi çalmamaq da xahiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

Oxşar yazılar