Məşhur aktyor Kerem Bürsin Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı çağırış edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor sosial media hesabında yardım istəyib:
“Hər kəsə salam... Artıq bildiyiniz kimi, fevralın 6-da Türkiyənin 10 şəhərində 7,7 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Demək olar ki, zəlzələ 14 milyon insana birbaşa təsir edib. Zəlzələ nəticəsində 10 minə yaxın bina dağıldı. Ediləcək bütün köməkləri gözləyirik. Bu videonun altında sizə kömək edə biləcəyiniz yerlərə keçidlər görəcəksiniz. Beləliklə, bütün lazımi ehtiyacları təmin edə bilərik. Kömək etmək istəyən və kömək edən bütün xalqlara təşəkkür edirəm”.