Dünyanın  ən yaşlı kralı   taxt-tacdan əl çəkmək istəmir
29 aprel 2024 16:13 (UTC +04:00)

Dünyanın ən yaşlı kralı taxt-tacdan əl çəkmək istəmir

Norveçin 87 yaşlı kralı V Harald uzun sürən xəstəlikdən sonra yenidən taxta oturub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dünyanın ən yaşlı monarxı hesab edilən Harald Malayziyaya səfəri zamanı infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirilmişdi. Sonradan məlum olub ki, ona ürək ritmini kompensasiya etmək üçün kardiostimulyator yerləşdirilib. Bundan sonra monarx təxminən iki aya yaxın ictimaiyyət qarşısına çıxmayıb.

Harald bildirib ki, yaşına və səhhətinə baxmayaraq, taxt-tacdan əl çəkməyi və təqaüdə çıxmağı planlaşdırmır. O, bunu ömrünün sonunadək krallıq edəcəyinə dair and içməsi ilə izah edib.

Saray monarxın gələcək iş qrafikində dəyişikliklər ediləcəyini elan edib. Bundan sonra rəsmi tədbirlərdə daha az iştirak edəcək və onların sayı da azaldılacaq.

Harald bir dəfə xərçəng xəstəliyindən müalicə alıb və ürəyindən əməliyyat olunub.

Buna baxmayaraq, monarx aktiv həyat tərzi sürməyə davam edir. 2016-cı ildə Harald Ontario gölündə keçirilən Dünya Yelkənli İdman Çempionatında iştirak edib və hətta Sira yaxtasında gecələdiyi üçün "Dənizçi kral " ləqəbini alıb.

Qeyd edək ki, kral sərbəst hərəkət edə bilmir, o başqalrından və qoltuq ağacından dəstək alaraq yeriyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35