Argentinada təhlükəsizlik kamerasının qeydə aldığı görüntü sosial şəbəkənin ispandilli seqmentini dolaşır.
Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, ailə başçısı arvadı və 3 qızı ilə marketdə dondurma seçərkən içəri bir çılpaq qadın daxil olur. Gənc qadının əynində yalnız alt paltarı vardı. Ailə bu situasiyanı görməmək üçün üzünü kənara çevirir.
Sən demə, marketə maskasız girmək qadağan imiş. Qadın da çıxış yolu kimi yubkasını çıxarıb üzünə bağlayıb. Üz örtülsə də, başqa yerlər çöldə qalıb.