Rusiyanın ilhaq etdiyi “Donetsk Xalq Respublikası”nın Makeevka şəhərində 1 ailənin 8 üzvü, o cümlədən 4 azyaşlı qətlə yetirilib.
Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yerli polis əməkdaşları cinayəti törədən və əvvəllər məhkum olunmuş 3 Rusiya vətəndaşını saxlayıb.
Onların cinayəti tamah məqsədi ilə törətdiyi bildirilir.
Faktla bağlı “iki və daha çox şəxsin qətli” maddəsi ilə cinayət işi açılıb.