Məktəbdə cinsi əlaqəyə girən direktor və bədən tərbiyəsi müəllimi işdən qovulub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-da baş verib.
Belə ki, məktəb direktoru Dana Simmons və bədən tərbiyəsi müəllimi Dilan Çarlz bir neçə il məktəbdə cinsi əlaqədə olublar.
Əldə olunan məlumatlara görə, Dilanın məktəbdə ibtidai sinif müəllimi işləyən həyat yoldaşı Kelsinin bu münasibətdən xəbəri var.
Dilan məktəb direktorunun onu manipulyasiya etdiyini və karyera ilə bağlı müəyyən vədlər verərək onunla cinsi əlaqəyə girməyə məcbur etdiyini iddia edir.
Bundan əlavə, Kelsinin dediyinə görə, o, arvadının müdirlə cinsi əlaqəsini dəfələrlə telefonunda lentə alıb.