Almaniyanın “Sea-Watch” qeyri-hökumət təşkilatı Aralıq dənizində növbəti xilasetmə əməliyyatını həyata keçirib.
Lent.az-ın xəbərinə görə, QHT-yə məxsus xilasetmə gəmisi İtaliyanın Lampeduza adası yaxınlığında batmaqda olan qayıqlara kömək göstərib. Heç bir standarta uyğun gəlməyən 3 qayıqdan 180 nəfər xilas edilərək sahilə çıxarılıb. Eyni gündə sahildən 38 mil aralıda batmaqda olan qayığa yardım edilib. Qayıqdakı 93 sərnişin gəminin göyərtəsinə qaldırılıb.
Sutka ərzində xilas edilənlərin ümumi sayı 273 nəfər olub.