Qazaxıstanın Karaqanda vilayətində minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol qəzası olub.
Lent.az xəbər verirk ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə nəticəsində doqquz nəfər ölüb.
Bir nəfər xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib.