Daşqınlar 185 nəfərin  həyatına son qoydu
03 sentyabr 2024 04:25 (UTC +04:00)

Daşqınlar 185 nəfərin həyatına son qoydu

Nigeriyada bir neçə həftədir davam edən daşqınlar 185 nəfərin ölümünə, 208 mindən çox insanın isə məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə “Maliactu” portalı məlumat yayıb.

Ümumilikdə ölkə üzrə 107 min hektar ərazidə kənd təsərrüfatı bitkiləri məhv edilib ki, bu da Nigeriya əhalisinin əksəriyyətinin ərzaq təhlükəsizliyini təhdid edir.

Nigeriya hökuməti təcili yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1662
avatar

Oxşar yazılar