Daha bir iranlı ayətullahın ailə üzvlərinin dəbdəbəli həyatı sosial medianın gündəminə çevrilib.
Lent.az bu barədə "MOUZE" telegram kanalına istinadən xəbər verir. Kanalın yaydığı məlumata görə, söhbət din alimi Ayətullah Cavadi Amolinin dəbdəbəli həyat sürən nəvələri Həsən və Hüseyndən gedir.
Bildirilir ki, din alimi daim İran əhalisinə sadə həyat yaşamağı tövsiyə edib və iqtisadi çətinliklərdə səbirli olmağa çağırıb.