"COVID qadağaları oyun idi" - Dünyanı şoka salan ETİRAF
13 iyun 2024 11:32 (UTC +04:00)

"COVID qadağaları oyun idi" - Dünyanı şoka salan ETİRAF

ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru, ABŞ-da koronavirus pandemiyası dönəmində lazımi tibbi qərarlar verən Dr. Anthony Fauci təqaüdə getdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında COVID-19-un mənşəyi, yayılması və ABŞ-da görülən tədbirlərlə bağlı keçirilən sessiyada çıxış edən Fauci ilə Respublikaçı millət vəkilləri arasında qalmaqal yaşanıb.

ABŞ-da COVID-19 epidemiyası zamanı prosesi idarə edən şəxs kimi tanınan Fauci açılış zamanı danışarkən epidemiya dövründə həyata keçirdikləri tədbirlərin tamamilə elmi olduğunu və gələcəkdə buna oxşar mümkün epidemiyalar qarşısında bir ölkə olaraq daha güclü sosial şüur ​​və ünsiyyətə ehtiyac duyduqlarını vurğulayıb.

Fauci, COVID-19-un Çində bir laboratoriyada istehsal edildiyini və sonra təsadüfən çölə sızdığını iddia edən yanaşmalara qarşı ehtiyatlı olduğunu, bu iddiaları yaxından eşitdiyini, lakin iddiaların heç birində rolunun olmadığını bildirib. Fauci virusun istehsal olunduğu laboratoriyanı maliyyələşdirdiyinə dair iddiaları da rədd edərək, şəxsi e-poçt ünvanından heç vaxt iş məqsədləri üçün istifadə etmədiyini və ictimaiyyətdə onun haqqında yayılan bəzi iddiaların həqiqəti əks etdirmədiyini qeyd edib.

"Sosial məsafə" praktikasının mənbəyi olmadığını iddia edən Fauci, bu addımın ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən yaradılan məktəblərdə tətbiq olunacaq təlimat olduğunu açıqlayıb. 

Respublikaçı deputat Qrini ilə mübahisə edib

Sessiyada çıxış edən respublikaçı deputatlar epidemiya dövründə Faucinin bəzi qərarlarının Amerika cəmiyyətində ciddi müzakirələr yaratdığını və elmi əsaslarının zəif olduğunu iddia ediblər. Elmi metodlarla bağlı tənqidlərə görə, zaman-zaman Respublikaçılarla Dr. Faucini və onu dəstəkləyən Demokratlar arasında mübahisə olub.

Əksər respublikaçı deputatlar Amerika ictimaiyyətinin Demokratik Bayden administrasiyası tərəfindən virusun mənbəyi və necə yayıldığı barədə kifayət qədər məlumatlandırılmadığını bildirib. Sessiyanın sədri respublikaçı Bred Uenstrup, Bayden administrasiyasının prosesi səhv idarə etdiyini, bəzi məsələlərdə şəffaf olmadığını və bunda Faucinin rolunun olduğunu səsləndirib.

Sessiyanın sonrakı hissələrində söz alan Respublikaçı deputat Marjorie Taylor Qrini, Dr. Faucinin sözlərində ciddi təhriflər və qeyri-dəqiqliklər olduğunu iddia edib. O qeyd edib ki, Fauci amerikalıları "sosial məsafə" ilə bağlı evlərinə bağlasa da, özü buna əməl etməyib.

Qrini "Mən sizə həkim deyil, cənab Fauci deyəcəyəm" deyərək, Faucinin Amerika cəmiyyətini elmi metodlarda səhv saldığını və məhkəmə qarşısında cavab verməli olduğunu bildirib:

"Cavablarınıza ehtiyacım yoxdur. O, həkim lisenziyasına layiq deyil, həbsxana onun aid olduğu yerdir".

Demokrat millət vəkilləri Qrininin sözlərinə reaksiyalarını yüksək səslə səsləndirərkən, zalda bir müddət gərginlik yaşanıb. İclasın sədri Venstrup araya girərək hər kəsi sakitləşdirib, şahidlərə peşələrinə uyğun olaraq müraciət edilməli olduğunu bildirib. Nəticədə Fauci həkim olduğu üçün ona bu cür xitab edilməsini tələb edib.

Daha sonra çıxış edən Kaliforniya Demokratik nümayəndəsi Robert Qarsiya onun hər iki valideyni epidemiyada həyatını itirsə də, Faucinin idarə etdiyi epidemiya ilə mübarizə üsullarının minlərlə insanın həyatını xilas etdiyini bildirib və Fauciyə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6849
avatar

Fidan İlqar

Oxşar yazılar