ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində insan itkisi Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohayo, Oklahoma və Tennessi ştatlarında qeydə alınıb.
***
24.12.2022
Saat 20:55
ABŞ-da çovğun nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Təbiət hadisəsi 15 nəfərin ölümünə səbəb olub.
Ohayo ştatında magistral yolda 50-yə yaxın avtomobil toqquşub.
Çovğun səbəbindən 1800 aviareys ləğv edilib.
Təxminən 1 milyon 700 min insan işıqsız qalıb.
***
Saat 07:02
ABŞ-da çovğun nəticəsində 10 nəfər ölüb, 1 milyona yaxın ev işıqsız qalıb.
Lent.az xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.
Çovğun və aşağı temperatur bir milyondan çox abonentin elektrik enerjisinin kəsilməsinə səbəb olub. Əlverişsiz hava 10 nəfərin ölümünə səbəb olub.
Ən ağır vəziyyət Ohayo, Kentukki, Missuri və Kanzas ştatlarında qeydə alınıb. Yollar buz bağlayıb, sahil ərazilərini dalğa vurub.
Təbii fəlakətlə əlaqədar təyyarələrin uçuşları ləğv edilib, yollar bağlanıb.