İtaliyanın Aralıq dənizindəki Pantelleria adasında meşə yanğını başlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, küləyin təsiri ilə sürətlə geniş əraziyə yayılan yanğın yaşayış məntəqələrinə doğru irəliləyib.
İtaliyanın Siciliya adası ilə Tunis arasında yerləşən adada yanğın günorta saatlarında başlayıb.
Sərt relyefli və yanğınsöndürənlərin sayının az olması səbəbindən qurudan müdaxilədə çətinlik yaşanıb.
Yanğın bölgəsinə yaxın olan bəzi villalarda təxliyə həyata keçirilib.
Məşhurların istirahət etdiyi ada kimi tanınan Pantelleriyada İtaliya millisinin keçmiş futbolçusu Marko Tardelli və modelyer Corco Armani olmaqla bəzilərinin evlərinin boşaldıldığı bildirilib.
Mətbuatda alovların Armaninin bağ evinə yaxınlaşdığı və bir neçə qonağı qəbul edən modelyerin evini tərk etməli olduğu xəbəri yayılıb.