Çinin Xian şəhərində metrostansiyaların birində naməlum şəxs ətrafa çoxlu pul səpib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, koronavirusa yoluxmağı gözə aldığı üçün metroya daxil olan heç kim pulu yerdən yığmağa cəsarət etməyib. Həmin anın görüntüləri sosial mediada paylaşılıb və izləyicilər tərəfindən müxtəlif rəylər bildirilib. Belə ki, paylaşımlara, “Kim virusu almağa cəsarət edir?”, “Yaşamaq və ölmək arasında pul da işə yaramır” kimi rəylər yazılıb.