Gürcüstan XİN: Qanunu pozan tərəf beynəlxalq hüquqa uyğun cavab verəcək
17 oktyabr 2020 12:31 (UTC +04:00)

Gürcüstan XİN: Qanunu pozan tərəf beynəlxalq hüquqa uyğun cavab verəcək

“Gürcüstanın hava məkanı ilə  mümkün hərbi daşınmalar barədə yayılan məlumatlar spekulyasiyadır”.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.

“Təəssüf ki, son günlər mətbuatda Gürcüstanın hava məkanından mümkün hərbi daşınmalarla bağlı fərziyyələr davam edir. Bildiyiniz kimi, Gürcüstan hava sahəsini hərbi uçuşlar üçün bağladı və bu barədə açıq şəkildə bildirdik. Mülki və humanitar uçuşlara gəlincə, Gürcüstan bu istiqamətdə beynəlxalq öhdəliklərini yerinə yetirir”.

Bəyanatda qeyd olunub ki, Gürcüstan hava məkanında uçuşlar beynəlxalq normalara və ICAO qaydalarına tam uyğundur.

Bildirilib ki, Gürcüstan hava məkanı ilə uçuşlar həyata keçirən tərəflər Çikaqo Konvensiyasının tələblərinə uyğun mülki uçuşlar həyata keçirməkdə məsuliyyət daşıyırlar və əgər bununla əlaqədar pozuntu aşkarlanarsa, əsaslı dəlillər varsa, Gürcüstan sərt reaksiya göstərəcək və qanun pozuntusuna yol verilmiş tərəf beynəlxalq hüquqa uyğun cavab verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520
avatar

Oxşar yazılar