Almaniyanın “TRT Deutsch” xəbər portalında “Azərbaycan: Ermənistan atəşkəsə əməl etmir” sərlövhəli məqalə dərc olunub.
Lent.az xəbər vеrir ki, məqalədə Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış atəşkəsin kövrək olduğu vurğulanır. Bildirilir ki, Ermənistan Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşinə tutub, nəticədə çox sayda mülki şəxs həyatını itirib.
Müəllif qeyd edir ki, hazırda Azərbaycan Ordusu cəbhədə vəziyyətə nəzarət edir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur. Sovet İttifaqının dağılmasından sonra Ermənistan həmin bölgəni işğal edib və öz qoşunlarını orada yerləşdirib.