Çində zooparkdan 100-dən çox heyvanı  sel apardı
10 iyul 2026 07:35 (UTC +04:00)

Çində zooparkdan 100-dən çox heyvanı sel apardı

0

Çinin Quansi-Çjuan Muxtar Rayonunda güclü daşqın nəticəsində zooparkdan 100-dən çox heyvanı sel aparıb.

Lent.az xəbər verir ki, bu barədə "Pengpai" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Quyqan şəhər dairəsində yerləşən zooparkın ərazisi demək olar ki, tamamilə su altında qalıb.

"Ot yeyən heyvanların hamısı sel suları ilə aparılıb", – deyə məlumatda qeyd olunub.

Qəfəslərdə olan bəzi yırtıcı heyvanlar, o cümlədən üç şir isə ölüb. İlkin hesablamalara görə, zooparka dəyən ziyan 4 milyon yuan, təxminən 590 min ABŞ dolları təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar