Çin avtomobillərinin hərbi obyektlərə daxil olması  qadağan edilir
20 yanvar 2026 01:29 (UTC +04:00)

Çin avtomobillərinin hərbi obyektlərə daxil olması qadağan edilir

0

Polşa Çin istehsalı olan nəqliyyat vasitələrinin hərbi obyektlərə daxil olmasının və yaxınlığında park edilməsinin qadağan edilməsi planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, Polşa Ordusunun Baş Qərargah rəisi Vieslav Kukula bununla bağlı əmr hazırlayır.

Müdafiə Nazirliyi əlavə edib ki, rəsmi mobil telefonları bu cür nəqliyyat vasitələrindəki cihazlara qoşmağı da qadağan etmək planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Pentaqonun da Çin avtomobillərinin hərbi obyektlərə daxil olmasını qadağan etməyi planlaşdırdığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar