Çili hökuməti hantavirusdan ölüm hallarının artması səbəbindən ölkə üzrə sanitar-epidemioloji həyəcan rejimi elan edib.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin əvvəlindən indiyədək 46 yoluxma qeydə alınıb, onlardan 18-i ölümlə nəticələnib.
Həyəcan rejimi 2027-ci il iyulun 31-dək qüvvədə olacaq.