
Çilidə güclü zəlzələ: Sunami təhlükəsi elan edildi

Çilinin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi baş vermiş 7 bal gücündə zəlzələ ilə əlaqədar ölkənin antarktik bölgəsi üçün sunami təhlükəsi elan edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun “Twitter” səhifəsində bildirilib.
“Fövqəladə Hallar İdarəsi antarktik bölgədəki çimərlikləri tərk etməyi xahiş edir”, - deyə qurumun məlumatında qeyd olunub.
Təbii fəlakət Cənubi Amerika ilə Antarktida arasında yerləşən Cənubi Şetland adalarında baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 23:36-da (Bakı vaxtı ilə 03:36) 40 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin episentri Çilinin Punta-Arenas şəhərindən 1328 kilometr məsafədə yerləşib.
Ölkənin Milli Geologiya İdarəsi Frey, O'Hiqqins, Fildes və Prat bazalarının təxliyəsini elan edib.

Oxşar yazılar
“El Pais” nəşri: Avropa YENİ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ
8 mart 2021 , 08:23Avtomobil avtobus dayanacağına çırpıldı: xəsarət alanlar var
8 mart 2021 , 06:16
5 milyard avro sərvəti olan deputat qəzada öldü
8 mart 2021 , 04:18
Qandonduran hadisə: 1 qadın, 3 azyaşlı - BIÇAQLA DEŞİK-DEŞİK EDİLMİŞ CƏSƏDLƏR...
8 mart 2021 , 02:11
Bu ölkədə vaksin vurulan qadın öldü, istifadəsi dayandırıldı
7 mart 2021 , 18:45
Səs yazısı aləmi qarışdırdı
7 mart 2021 , 17:47
Bu ölkədə hicab və çadra qadağan edilə bilər
7 mart 2021 , 12:07
Qonşu ölkədə qorxu yaradan ölümlər
7 mart 2021 , 10:59