Buzlaqlar əriyir - Bəşəriyyət üçün yeni təhlükə üzə çıxdı
12 sentyabr 2024 01:21 (UTC +04:00)

Buzlaqlar əriyir - Bəşəriyyət üçün yeni təhlükə üzə çıxdı

Buzlaqların əriməsi qlobal istiləşmənin ən təəccüblü təsirlərindən biridir və bu proses təkcə dəniz səviyyəsinin qalxması ilə deyil, həm də qədim virusların yenidən canlanması ilə müşayiət olunur.

Lent.az xəbər verir ki, son araşdırmalara görə, Çinin qərbindəki Tibet yaylasında yerləşən Quliya buzlağının dərinliklərində 1700-dən çox qədim virus aşkar edilib.

Bəs bu viruslar Yer kürəsinə necə təsir edir? İnsanlarda epidemiyalara səbəb ola bilərmi? Bu və bu kimi suallar bir çox elm adamını düşündürən suallardır.

Temperatur artdıqca, daimi donmuş təbəqələrdə gizlənən köhnə virusların yenidən canlanması həm sağlamlıq, həm də ekosistem üçün risklər yaradır.

Alimlər bu yaxınlarda Çinin qərbindəki Tibet yaylasındakı Quliya buzlaqının dərinliyində 1700-dən çox qədim virus aşkar ediblər. Bu virusların çoxu əvvəllər heç vaxt görülməyib.

Araşdırmalar göstərir ki, tapılan virusların tarixi 41 min il əvvələ gedib çıxır və bu müddət ərzində soyuq iqlimdən isti iqlimə üç əsas keçid yaşayıb.

ABŞ-ın Ohayo Dövlət Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu Tibet yaylasındakı Quliya buzlaqından çıxarılan 300 metr uzunluğundakı buz nüvəsini araşdırıb.

Metagenomik analiz adlı metoddan istifadə edərək virusların hər bir ştammı müəyyən edilib. Əldə edilən məlumat alimlərin indiyədək buzlaqlardan topladıqları virus məlumatlarından təxminən 50 dəfə çoxdur.

Lakin bildirilib ki, bu viruslar yalnız arxeya (təkhüceyrəli orqanizmlər) və bakteriyaları yoluxdura bilər, insanları, heyvanları və bitkiləri xəstə edə bilməz.

Lakin virusların öyrənilməsi Yerin dərin iqlim tarixinə bir pəncərə açır və gələcək mikrob icmalarının necə görünə biləcəyinə dair fikir əmələ gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Oxşar yazılar