Bu şəhərdə  59 dərəcə   ŞAXTA var
12 dekabr 2022 15:20 (UTC +04:00)

Bu şəhərdə 59 dərəcə ŞAXTA var

Yakutiyanın Oymyakonda şəhərində havanın temperaturu mənfi 59 dərəcəyə düşüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Yakutsk Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin saytında məlumat verilib.

Meteoroloqların məlumatına görə, belə aşağı temperatur küləyin tam olmaması və atmosfer təzyiqinin əhəmiyyətli dərəcədə azalması fonunda müşahidə olunur.

Bundan əvvəl Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand Rusiyanın iki regionunda yaxın günlərdə termometrlərin mənfi 50 dərəcəyə enəcəyi ilə bağlı xəbərdarlıq etmişdi ki, bu da normadan 10 dərəcə aşağıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19278
avatar

Arzu Qurbanlı

Oxşar yazılar