Niger prezidenti Mohamed Bazumu su və işıqsız girovluqda saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Nigerin Parisdəki səfiri Aişatou Bulama Keyn LCI telekanalının efirində danışıb.
"Prezidentdən gələn son xəbər odur ki, o, hələ də girovluqdadır. Avqustun 2-dən elektrik enerjisi, dünən isə suyu kəsilib".
O, həmçinin qeyd edib ki, dövlət başçısı ilə telefonla əlaqə saxlamaq da mümkünsüz olub.