Belçikanın ümumvətəndaş pasportunun dizaynı dəyişir.
Lent.az-ın xəbərinə görə, yeni pasportun səhifələrinə məşhur cizgi film personajları həkk olunacaq. Səbəb ölkənin zəngin film ənənəsini təbliğ etməkdir.
Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, yeni pasportlar fevralın 7-dən verilməyə başlayacaq. Lakin yeni dizayndakı pasportun qiyməti dəyişməyib – böyüklər üçün 65, kiçiklər üçün 35 avro.
Qeyd edək ki, Belçika Krallığının pasportunun dizaynı son dəfə 2008-ci ildə yenilənib. O zaman sənəddə dövlət binalarının şəkli yer alırdı.