Fransada son sutkada yeni növ koronavirusa 104 611 yoluxma aşkar edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, pandemiya dövründə ilk dəfə 100 minlik hədd keçilib. Dekabrın 4-də yoluxma sayı 50 000 nəfəri keçmişdi. Başqa sözlə, son 3 həftədə yoluxma sayı 3 dəfə artıb. Reanimasiyada olan xəstələrin də sayı sutka ərzində 162 nəfər artaraq 3864-ə çatıb.