Bu ölkədə quraqlığa görə fövqəladə vəziyyət elan edildi
06 iyul 2022 03:06 (UTC +04:00)

Bu ölkədə quraqlığa görə fövqəladə vəziyyət elan edildi

İtaliya son 70 ilin ən şiddətli quraqlığı ilə mübarizə aparır. 

Lent.az-ın xəbərinə görə, ölkənin şimalında, Po çayı  boyunca yerləşən 5 regionda fövqəladə vəziyyət elan edilib. 

Su qıtlığı ilə mübarizə üçün bu regionlara 36 milyon avrodan çox vəsait ayrılıb. Ölkə rəsmilərinin sözlərinə görə, quraqlıq İtaliyanın kənd təsərrüfatının 30 faizindən çoxunu təhlükəyə atır. 

650 km-dək uzanan Po çayı İtaliyanın ən uzun çayıdır. Lakin son vaxtlar dənizin duzlu suyunun bu çaya qarışması əkin sahələrində məhsulları da məhv edir. 


 

# 1212
avatar

Oxşar yazılar