Bu ölkədə koronavirusa görə alkoqol satışı qadağan edildi
29 dekabr 2020 18:46 (UTC +04:00)

Bu ölkədə koronavirusa görə alkoqol satışı qadağan edildi

1

Cənubi Afrika Respublikasının səlahiyyətliləri, koronavirus infeksiyası sayının artması səbəbindən alkoqol satışını qadağan etməyə və barları bağlamağa qərar verib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu ölkə prezidenti Siril Ramafosa açıqlayıb.

Alınan tədbirlər arasında virusun episentrindəki çimərliklərin və ictimai hovuzların bağlanması və komendant saatının uzadılması da var. Artıq vətəndaşların 21: 00-dan 06: 00-dək evdə qalmaları tələb olunur. Tədbirlər yanvarın 15-dək qüvvədə olacaq.

Ramafosa hakimiyyətin qərarını spirtli içki içməyin vətəndaşların ehtiyatsız davranması və epidemioloji tədbirlərə riayət etməməsinə gətirib çıxarması ilə izah edib. Bu da infeksiya sayının artmasına səbəb olur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1565

Oxşar yazılar