Covid-19 pandemiyası Peruda 98 mindən çox uşağın yetim qalmasına səbəb olub.
Lent.az-ın xəbərinə görə, bunu Perunun Qadınlar üzrə naziri Anahi Düran bildirib. The Lancet jurnalına müsahibəsində nazir deyib ki, pandemiya vaxtı 98 mindən çox uşaq valideynini və ya himayəsində olduqları şəxsi itirib.
Statistikaya görə, 33 milyon əhalisi olan Peru hər milyon nəfərə düşən ölüm sayına görə dünyada birincidir. Pandemiyaya görə koronavirusdan hər milyon nəfərə 6122 ölüm faktı qeydə alınıb. Pandemiyanın üçüncü dalğasının yaşandığı ölkədə yoluxma sayı 2 milyon nəfəri, ölü sayı isə 203 mini keçib.