Bu ölkədə işçilər  işdən sonra müdirin zənglərinə  CAVAB VERMƏYƏCƏK
30 avqust 2024 14:08 (UTC +04:00)

Bu ölkədə işçilər işdən sonra müdirin zənglərinə CAVAB VERMƏYƏCƏK

Avstraliyada aparılan sorğu nəticəsində məlum olub ki, ölkə sakinləri əlavə ödənişsiz ildə orta hesabla 281 saat iş vaxtından artıq işləyirlər. Bununla əlaqədar olaraq, materik qeyri-iş saatlarında müdirlərə cavab verməməyə icazə verən qanun qəbul edib.

Avqustun 26-da bu qanun qüvvəyə minib. İndi işçilər istəsələr, iş günü bitdikdən sonra heç bir təhdiddən qorxmadan rəhbərlikdən gələn zənglərə və mesajlara açmaya bilərlər. Qanun işçilərin məxfilik hüququnu qorumaq üçün qəbul edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun işçilər arasında “söndürmə hüququ” adlandırılıb.

Oxşar qaydalar 20-dən çox ölkədə tətbiq edilir. Qanun menecerlərə tabeçiliyində olanlarla ünsiyyət qurmağı qadağan etmir. Bununla belə, işçilərə mesaj və zənglərə cavab verməmək hüququ verir.

Rəhbərlik və işçilər arasında yeni qaydalarla bağlı fikir ayrılığı yaranarsa, ilk növbədə onlar problemləri özləri həll etməyə çalışmalı olacaqlar. Əgər bu addım alınmazsa, Avstraliya Ədalətli İş Komissiyası (FWC) müdaxilə edə bilər.

Təşkilat rəsmi olaraq işəgötürənə iş vaxtından kənarda işçi ilə əlaqəni dayandırmağı əmr edə bilər. Eyni zamanda, iş günü başa çatdıqdan sonra zənglərə və ya mesajlara cavab verməkdən imtina etməsi "əsassız" hesab edildikdə, komissiya işçini zənglərə və mesajlara cavab verməyə məcbur etmək hüququ var.

FWC tələblərinə əməl edilməməsi işçi üçün 19.000 Avstraliya dollarına qədər (20 min 400 manatdan çox) və şirkət üçün 94.000 Avstraliya dollarına qədər (107 min manatdan çox) cərimə ilə nəticələnə bilər.

İşdən dincəlməyə vaxt ayırmaq vacibdir, əks halda tükənmə baş verir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Fidan İlqar

Oxşar yazılar