Bu ölkədə bir ayda koronavirusdan 60 000 nəfər ölüb
15 yanvar 2023 01:53 (UTC +04:00)

Bu ölkədə bir ayda koronavirusdan 60 000 nəfər ölüb

Çin hakimiyyəti dekabrın 8-dən yanvarın 12-dək ölkənin tibb müəssisələrində COVID-19-la bağlı 59 938 nəfərin öldüyünü müəyyənləşdirib.

APA xəbər verir ki, bu barədə şənbə günü rəsmi Çin mediası məlumat yayıb. Məlumata görə, onlardan 5,5 minə yaxını birbaşa koronavirusun yaratdığı tənəffüs problemləri səbəbindən həyatını itirib, təxminən 54 min nəfərdə isə COVID-19 digər xəstəliklərin yaratdığı problemləri daha da ağırlaşdırıb. Ölənlərin orta yaşı 80-ə yaxındır.

Eyni zamanda, çinli ekspertlər hesab edirlər ki, ölkədə virusun yayılmasının pik həddi arxada qalıb.

Çin 2020-ci ildən başlayaraq, COVID-19-a qarşı "sıfır dözümlülük" siyasəti yeridir və sərt karantin rejimi tətbiq edirdi. Lakin 2022-ci ilin dekabrında hakimiyyət virusun yayılmasının qarşısını almaq üçün qoyulmuş bir sıra məhdudiyyətləri aradan qaldırıb və bu, yoluxma və ölüm hallarının kəskin artmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23