Macarıstanda son 121 ilin ən isiti havası müşahidə olunub.
Lent.az xəbər verir ki, Meteorologiya Baş İdarəsi tərəfindən verilən açıqlamada ölkədə ən yüksək temperatur 41,5 dərəcə olub.
Ölkənin bir çox bölgəsində 1901-ci ildən bəri müşahidə olunmayan temperatur yaşansa da, ən yüksək gündəlik temperatur 41,5 dərəcə ilə Kiskunfelegyhaza və Hodmezovasarhely bölgələrində qeydə alınıb.
Havanın temperaturunun artması ilə əlaqədar ölkə daxilində quraq yaşanıb.
1991-2020-ci illər arasında 203,5 millimetr olan orta yağıntının 2022-ci ilin yayında 137,3 millimetrə qədər azaldığı bildirilib.