İki istilik elektrik stansiyasının dayanması səbəbindən bütün Livan işıqsız qalıb.
Lent.az "RİA Novosti"yə istinadən xəbər veirir ki, artıq yeddi saatdır ki, ölkədə işıq yoxdur.
İki istilik elektrik stansiyasının operatoru - Deyr Əmmar və Zəhrani çərşənbə günü bildirib ki, xarici valyutada borcların ödənilməməsi səbəbindən stansiyaları yerli vaxtla saat 17:00-da bağlayacaq.
Hazırda bu istilik elektrik stansiyalarından yalnız ikisi Livanı elektrik enerjisi ilə təmin edir.
Bundan başqa, hadisə səbəbindən su nasos stansiyaları sıradan çıxıb. Müxtəlif infrastruktur obyektləri fəaliyyətini dayandırıb.