Bu kənddə ev qiymətləri "cib yandırır"
05 oktyabr 2021 19:20 (UTC +04:00)

Bu kənddə ev qiymətləri "cib yandırır"

Bursada təmiz havası və mənzərəsi ilə diqqət çəkən kənddəki ev qiymətləri, lüks bölgələrlə rəqabət aparır.

Lent.az yerli KİV-ə istinadən məlumat verir ki, İnegöl rayonunun Çayyaka kəndinin Boğazova yaylasında ikinci bir kənd yaradılıb. Burada 500 ev var. Meşənin içində yerləşən kənd mənzərəsi və təmiz havası ilə hər kəsi valeh edir. Bir çox yerli və xarici turist həftə sonları bura dincəlməyə gəlir.

Təbii möcüzə olan bu kənddəki evlərin qiymətləri, Bursanın lüks bölgələrindəki qiymətlərlə rəqabət aparır. Boğazova yaylasındakı evlərin qiyməti 500 min lirədən başlayaraq 3 milyon lirəyə qədər dəyişir. Kənddə çox az sayda satılan ev satılsa da,  qiyməti, necə deyərlər, "cib yandırır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4047
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar