Britaniyada REKORD sayda yoluxma
30 dekabr 2020 03:32 (UTC +04:00)

Britaniyada REKORD sayda yoluxma

Böyük Britaniyada son sutkada 53 135 nəfər koronavirusa yoluxub ki, bu pandemiyanın başlamasından bu yana qeydə alınan ən yüksək göstəricidir. 

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. 

Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 382 865 nəfərə çatıb. 

Son sutka ərzində 414 nəfər koronavirusdan həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 71 567 nəfərə çatıb.

 

# 1191
avatar

Oxşar yazılar