06:00 18 aprel 2021

Britaniya Qara dənizə gəmi göndərir - Ukraynaya dəstək üçün

Böyük Britaniyanın Hərbi-Dəniz Donanmasının eskadriya gəmisi və sualtı freqat gəmisi may ayında Qara dənizə daxil olacaq.

APA xəbər verir ki, bu barədə “Times” nəşri krallığın hərbi dairələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, gəmilərin Ukrayna sahillərində yerləşdirilməsi Rusiya-Ukrayna sərhədindəki vəziyyət fonunda Kiyev və bölgədəki NATO müttəfiqləri ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.

Qəzet yazır ki, gəmilər Aralıq dənizində krallıq donanmasının aviasiya daşıyıcı qrupundan ayrılacaq və Bosfor boğazı vasitəsilə Qara dənizə gedəcək.

# 663
avatar

Oxşar yazılar