Çad Respublikasının şimalında qəbilələrarası toqquşmalarda 15 nəfər həlak olub, 80-dən çox adam yaralanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Fransa Beynəlxalq Radiosu RFİ rəsmi mənbələrə istinadla məlumat yayıb.
Münaqişə bir qəbilənin digərinin ərazisində bayram tədbiri keçirməsi ilə başlayıb və 2 sutka davam edib. Güc strukturları 200-dən çox adamı həbs etsə də, gərginlik səngimir.