Çində son sutkada təxminən 37 milyon insan koronavirusa yoluxub.
Lent.az xəbər verirki, bu barədə “Bloomberg” agentliyi Çin Milli Səhiyyə Komissiyasının məlumatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, dekabrın ilk 20 günündə ölkədə 248 milyon vətəndaş bu virusa yoluxub ki, bu da əhalinin demək olar ki, 18 faizini təşkil edir.
Bildirilib ki, Çində mövcud COVID-19 dalğası əksər şəhərlərdə pik həddə çatacaq.