“Baykar Makina”dan Rusiyaya RƏDD CAVABI
19 iyul 2022 12:55 (UTC +04:00)

“Baykar Makina”dan Rusiyaya RƏDD CAVABI

“”Baykar Makina” Ukraynanın suverenliyini və onun müstəqillik mübarizəsini dəstəklədiyi üçün Rusiyaya öz məhsulunu tədarük etməyib və heç vaxt da verməyəcək”.

Lent.az xəbər verir ki, bunu “Baykar Makina”nın baş direktoru Haluk Bayraktar CNN kanalına açıqlamasında deyib.

Bayraktarın sözlərinə görə, Türkiyə ilə Ukrayna arasında xüsusilə aerokosmik və müdafiə sahələrində strateji səviyyəli əlaqələr mövcuddur: 

"Bu illər səydir. Türkiyə Ukraynaya döyüş pilotsuz təyyarələri ilə dəstək verir, biz də Ukraynadan pilotsuz təyyarələr üçün mühərriklər alırıq. Biz Ukrayna ilə münasibətləri qazan-qazan prinsipi əsasında qurmuşuq ki, bu da hər iki ölkəyə üstünlüklər verir. Və bu mənada biz açıq şəkildə Ukraynanı dəstəkləyirik”.

“Baykar Makina” məhsullarının Rusiyaya tədarükünün mümkünlüyü ilə bağlı sualları cavablandıran şirkət rəhbəri əmin edib ki, bu, heç vaxt baş verməyəcək.

“Biz onları (Rusiya – red.) təmin etməmişik, etmirik və heç vaxt etməyəcəyik. Biz Ukraynanı dəstəkləyirik, onun suverenliyini, faktiki olaraq müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirik”, – deyə Bayraktar bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2029

Oxşar yazılar