Co Bayden
20 may 2022 21:07 (UTC +04:00)

Co Bayden

Baydenin mühafizəçiləri taksi sürücüsü ilə mübahisə etdi və ....

ABŞ Prezidenti Co Baydenin 2 mühafizəçisi Cənubi Koreyaya səfər zamanı baş vermiş insidentə görə geri göndərilib.

Lent.az-ın xəbərinə görə, məlumatı ABŞ-ın xüsusi xidmət orqanları yayıb. Bildirilir ki, işdən kənar vaxtı Seula gəzməyə çıxan təhlükəsizlik xidmətinin 2 əməkdaşı taksi sürücsünə qarşı zorakılıq edib. Məsələ məlum olan kimi onlar dərhal Vaşinqtona göndərilib və barələrində təhqiqat başlayıb.

Koreya mediası isə bildirir ki, insident vaxtı mühafizəçilər sərxoş olub. Taksi sürücüsünə qarşı zorakılığa görə onlar qısa müddətə həbs olunublar.

ABŞ tərəfi həbs faktını təkzib edir. 

# 1020
avatar

Oxşar yazılar