Baydendən 12 yaşlı qıza tövsiyə:  30 yaşına qədər oğlanlarla ciddi münasibət qurma
04 avqust 2024 02:35 (UTC +04:00)

Baydendən 12 yaşlı qıza tövsiyə: 30 yaşına qədər oğlanlarla ciddi münasibət qurma

ABŞ prezidenti Co Bayden kiçik qıza 30 yaşı tamam olana qədər oğlanlarla ciddi münasibət qurmamağı tövsiyə edib.

Lent.az xəbər verir ki, Ağ Ev rəhbərinin bu tövsiyəsi Rusiya Federasiyası ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində ABŞ-da olan jurnalist Alsu Kurmaşevanın qızına ünvanlanıb.

Söhbət zamanı Bayden 12 yaşlı qızı yanına çağıraraq toplaşanların onun qarşıdan gələn ad gününü təbrik etməyini istəyib.

Daha sonra ABŞ prezidenti uşağa "Və unutma ki, 30 yaşına qədər oğlanlarla ciddi münasibət qurmaq olmaz" deyə tövsiyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar