Rusiya ilkin məqsədinə nail ola bilmədiyi üçün müharibəni artıq uduzub.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Yaponiya və Cənubi Koreya liderləri ilə üçtərəfli sammitdən sonra verdiyi açıqlamada bildirib.
"Rusiya artıq uduzub. O, bəyan etdiyi ilkin məqsədinə çata bilmir. Bu, mümkün deyil", - deyə o bildirib.
Bayden Putinin Ukraynanın işğalı ilə bağlı arqumentini “gülünc” adlandırıb.
Amerika prezidentinin sözlərinə görə, Rusiyanın təcavüzünə reaksiyanın olmaması Çinə Tayvanla bağlı siqnal ola bilər.
Bayden vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzü “təkcə Avropa problemi deyil, İkinci Dünya Müharibəsindən bəri belə bir işğal olmayıb”.