ABŞ prezidenti Co Bayden şənbə günü Ağ Evdə Müxbirlər Assosiasiyasının illik qəbulunda çıxışı zamanı sahibkar İlon Maskın işgüzar bacarıqlarını ələ salıb.
Lent.az xəbər verir ki, bu barədə TASS xəbər yayıb.
Vaşinqton administrasiyasının rəhbəri qeyd edib ki, o, “ABŞ Milli İctimai Radiosuna pərəstiş edir” (NPR). "Amma hamı Milli İctimai Radionu bəyənmir. İlon Mask tvitter hesabında yazıb ki, onun maliyyələşdirilməməsi lazımdır", - Bayden deyib.
ABŞ prezidenti zarafatla deyib: "Milli İctimai Radionu yox etməyin ən yaxşı yolu onu İlon Maskın almasıdır". "Və bu, düşündüyünüzdən daha doğrudur" deyə gülümsəyərək əlavə edib.
Qeyd edək ki, bəzi iqtisadi mediaların hesabatına görə, Maskın 2022-ci ildə Twitter-i alması kommersiya baxımından uğurlu olmadı.