ABŞ Prezidenti
18 sentyabr 2021 08:24 (UTC +04:00)

ABŞ Prezidenti

Bayden liderləri bir araya yığır: MƏQSƏD AÇIQLANDI

Ağ Ev ABŞ Prezidenti Co Baydenin sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində pandemiya ilə mübarizə mövzusunda Virtual Pandemiya Sammitini təşkil etmək niyyətində olduğunu təsdiqləyib.

APA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Jen Psaki bildirib.  

Psaki qeyd edib ki, sammit COVID-19-la mübarizə üçün ümumi səylərimn genişləndirilməsinə və gücləndirilməsinə həsr edilib: “ABŞ tərəfi sammit iştirakçılarından bir çox sahələrdə daha çox iddialı hədəflərə sadiq olduqlarını bəyan etmələrini istəmək niyyətindədir. Məqsəd dünya əhalisinin peyvəndlərlə bərabər təşkili, peyvəndləməni genişləndirməklə fərdi və ictimai sağlamlıq təhlükəsizliyinin təmin edilməsi üçün davamlı maliyyələşdirmə mexanizminin yaradılmasıdır”. 

Eyni zamanda sammitin vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, xeyriyyəçilər və dünya liderlərini bir araya gətirməklə ortaq bir baxışda razılıq əldə etmək məqsədi daşıdığı bildirilib.  

Tədbirə dəvət alan ölkələrin siyahısı barədə məlumat verilməyib.

Lakin Rusiya prezidentinin sözçüsü Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib ki, Kreml ABŞ-dan koronavirusla mübarizəyə dair onlayn sammitə dəvət alıb.
 

# 1872
avatar

Oxşar yazılar