Azərbaycanlı tələbə Cənubi Koreyada “Daewoong” fondunun dəstəyi ilə keçirilən “Hackathon” yarışında qalib olub.
Lent.az xəbər verir ki, yarışa bu ölkədə təhsil alan tələbələrdən ibarət 11 komanda qatılıb. Tələbələr süni intellekt sahəsində ideyalarını irəli sürüblər. Ramil öz komanda yoldaşı ilə yarışda “dərman-zülal qarşılıqlı əlaqəsinin süni intellekt modeli ilə proqnozlaşdırılması” layihəsi ilə çıxış edib. Yarışa tailandlı mentoru ilə birlikdə qatılan Ramil bu yarışda birincilik əldə edib.
Qeyd edək ki, Ramil Babazadə 2017-ci ildə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. O, 11 il sonra ölkəyə qızıl medal gətirə bilib.
Ramil hazırda Cənubi Koreyanın “Kaist” Universitetində Kimya və Kompüter Elmləri üzrə 4-cü kursda təhsil alır. O həmçinin, Bakıdakı olimpiada hazırlıq mərkəzində kimya fənnini üzrə olimpiada qruplarında online dərs keçir.