Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadları davam edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Survivor 2020”-nin köhnə iştirakçısı Aşkım Burçenin sevgilisi də zəlzələ nəticəsində vəfat edib.
Aşkım Burçe sevgilisi ilə şəklini paylaşaraq belə yazıb:
“Daha çox planlarımız var idi. Görməli işlərimiz çox idi. Çox güləcəkdik, çox dalaşacaqdıq. İndi səsinə belə həsrət qoyacaqsan məni, Datlı? Başqa yer varsa, bəlkə yenə orada görüşərik. Yoxsa hər halda cənnətim olduğunu bilmək... Bilirəm hardansa məni izləyirsən. Qəlbim sənin evindi. Söz verirəm ki, o evə yaxşı baxmağa çalışacağam”.